Nazir: Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan sülh sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Nazir həmçinin bildirib ki, Ermənistan ərazisində həyata keçiriləcək Zəngəzur dəhlizi (Tramp yolu) Azərbaycanın daxili birliyini və regional iqtisadi inteqrasiyanı təmin edir: “Bu layihə həmçinin reginoal ticarət və nəqliyyat imkanlarını genişləndirəcək”.

Loading

Next Post

"Formula 1"lə əlaqədar bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək. Bu barədə “Report”un Bakıda “Formula 1” yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdidiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Formula […]