Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək. Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi […]
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2026-2027-2028-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. Tenderdə iştirak haqqı 350 manatdır. Tenderdə iştirak etmək istəyənlər təkliflərini sentyabrın 3-nə qədər Agentliyə təqdim edə bilərlər. Təkliflərə sentyabrın 3-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır – RƏSMİ
Son günlər Azərbaycanda hava qeyri-sabit keçsə də, temperatur dəyişiklikləri olsa da hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, ölkə ərazisində kəskin respirator virus infeksiyaları (KRVİ) ilə bağlı epidemioloji vəziyyət […]
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Hacıyev Akif Əli oğlunun idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub. Nəticədə Hacıyev Akif Əli oğlu […]
UEFA Konfrans Liqası: “Qarabağ” Bakıda “Dinamo” ilə cavab matçına çıxacaq
“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda “Dinamo” (Kiyev, Ukrayna) ilə cavab matçına çıxacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:00-da başlayacaq matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək. Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə […]
“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” – Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin sentyabrda keçiriləcək parlament seçkilərindən dərhal sonra yeni səfərbərlik dalğasına hazırlaşdığını bəyan edib. Dövlət başçısı bu barədə öz teleqram kanalında paylaşdığı müraciətində bildirib. Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşşenkonun məruzəsinə söykənərək Rusiyanın bu hazırlıqları təsdiqlədiyini diqqətə çatdırıb: “Onlar payızda, formal parlament […]
Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi açıqlamalara münasibət bildirib. Baş nazir qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında elektrik enerjisinin tranziti və Qara dəniz sualtı kabeli layihəsi ilə bağlı məsələlər ekspertlər səviyyəsində müzakirə olunub. Onun sözlərinə görə, Qara dəniz sualtı kabeli, həmçinin […]
Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir – TƏHLİL
Naxçıvanın davamlı sosial-iqtisadi inkişafı və ölkənin ümumi inkişaf proseslərinə daha sıx inteqrasiyası daim xüsusi diqqət mərkəzində olub. Bu hədəfə çatılması “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir. Həyata keçirilmiş tədbir nəticəsində müsbət dinamika qeydə alınıb. Belə ki, 2023-cü illə müqayisədə 2025-ci ildə muxtar […]
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib
Türkiyənin Yalova əyalətinin Çiflikköy qəsəbəsi ərazisində təlim zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə NTV məlumat verib. Qeyd olunub ki, pilot qəza zamanı katapult edib. Hazırda əraziyə yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub. Qəzanın səbəbləri araşdırmadan sonra məlum olacaq.
Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb
Gürcüstan mediası İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı və enerji dəhlizləri ilə bağlı açıqlamalarını geniş işıqlandırıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları və xəbər resursları Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda verdiyi müsahibəyə geniş yer ayırıb. Gürcüstanın İctimai Televiziyasının (1TV) və “İmedi” televiziyasının internet səhifələrində yayımlanan materiallarda […]