Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

“Son dövrlərdə regionda yaranan gərginlik fonunda Azərbaycanın ərazisindən keçən Şimal–Cənub nəqliyyat dəhlizi öz əhəmiyyətini bir daha sübut edib”. Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib. “Gərgin vəziyyətə baxmayaraq, dəhliz fasiləsiz fəaliyyət göstərdi və bütün vəzifələrini yerinə yetirdi”, – o bildirib. Şahin Mustafayev qeyd edib ki, bu, Azərbaycanın ümumi etibarlılığının […]

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Rusiyada atışma olub, ölən və yaralılar var. Rusiya mediasının xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib. Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb. Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə […]

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib. Bu barədə Əmək və Əhalinin Sosial […]

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

ABŞ Hörmüz boğazını yox, İranın limanları və sahil xəttini blokadada saxlayır. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib. O qeyd edib ki, ABŞ qüvvələri Sakit okeanda İran bayrağı altında üzən istənilən gəmini və ya İrana maddi dəstək verməyə cəhd edən hər hansı bir gəmini aktiv […]

Türkiyədən mühüm addım – 3 ölkə ilə ittifaq yaradılır

Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misirlə regional təhlükəsizlik platformasının yaradılmasını müzakirə edir. Tərəflər bu həftə Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparmağa hazırlaşır. Məqsəd regional təhlükəsizlik məsələləri üzrə müntəzəm və strukturlaşdırılmış əməkdaşlıq qurmaqdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, regiondakı ölkələr bir-birinin suverenliyini və təhlükəsizliyini təmin etməyə öhdəlik götürməlidirlər. […]

Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar üçün atəşkəsin bərqərar olmasının vacibliyini vurğulayıb. “Al Jazeera“nın xəbərinə görə, Aun atəşkəsin birbaşa danışıqlar üçün başlanğıc nöqtəsi olacağını bildirib. Prezident hökumətin Livanın cənubunda və bütün bölgələrdə eskalasiyanı dayandırmaqda maraqlı olduğunu deyib. O, İsraillə baş tutacaq potensial danışıqlarda yalnız hökumət üzvlərinin iştirak edəcəyini əlavə […]

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. “Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 […]