“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki “Rannastaadion”da start götürəcək. Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək. Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 94,17 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulatortibb məntəqələrində yeni […]
Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazındakı gəmilərə hücumları davam etdirəcəyi təqdirdə İranı ölkənin infrastruktur obyektlərinə zərbələr endirməklə hədələyib. Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb. “Bundan sonra İran hər dəfə Hörmüz boğazındakı gəmini raket, pilotsuz uçuş aparatı və ya istənilən digər qurğu, yaxud […]
Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda – ŞƏRH
Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan iqtisadiyyatının əsaslarındandır. Bu müəssisənin ətraf mühitə vurduğu ziyan haqqında çoxsaylı hesabatlar yazılıb. Ancaq indiyədək bu məsələ diqqətdən kənarda qalıb. Bu günlərdə Ermənistanın Təbiətin və Yerin təkinin mühafizəsi üzrə təftiş orqanı Zəngəzur vilayətinin Qafan şəhərində sarı-narıncı rəngli yağış suyunun axması ilə bağlı mümkün cinayət barədə ölkənin Baş […]
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 […]
Azərbaycan və Gürcüstan arasında “E-Permit” sisteminin tətbiqinə başlanılıb
Azərbaycan və Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (“E-Permit”) sisteminin tətbiqinə başlanılıb.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb Məlumata görə, razılaşmaya uyğun olaraq, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu mayın 1-dən sistemin inteqrasiyası istiqamətində texniki […]
Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü […]
İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına dron zərbələri endirib. Bu barədə İran Silahlı Qüvvələrinin məlumatında deyilir. “Səhər saatlarında ordu Əzraqdakı (İordaniya) “Müvəffəq Salti” bazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına dronlar vasitəsilə zərbələr endirib. Bundan başqa, Bəhreyndəki “İsa” aviabazasında ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına, həmçinin ağır […]