Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir: “Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin […]

33 yaşlı kişi Qarabağ kanalında batıb

Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 33 yaşlı kişi batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən […]

KİV: “Kheibar Shekan” İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

İranın “Kheibar Shekan” orta mənzilli ballistik raketi ölkənin raket arsenalında əsas silahlardan birinə çevrilib. Bu barədə “Newsweek” məlumat yayıb. Məlumata görə, 2022-ci ildə SEPAH tərəfindən təqdim olunan raket təxminən 1450 kilometr uçuş məsafəsinə malikdir və bərk yanacaq mühərriki sayəsində daha qısa müddətdə buraxılışa hazır vəziyyətə gətirilə bilir. Qeyd olunub ki, […]

“Aerokosmik Modelçilik Festivalı 2026″nın kateqoriyaları açıqlanıb

Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Festival Gənclər və İdman Nazirliyi, Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Açılış […]

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 27-də saat 08:00-dan işlər yekunlaşanadək, Pirallahı qəsəbəsinin bir hissəsinin, saat 10:00-dan işlər tamamlanana qədər isə Xəzər rayonunun Qala qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

[center][img]https://azadmedia.az/uploads/posts/2026-07/1784978502_screenshot_20260725_151856_com_android_chrome_chrometabbedactivity.jpg[/img][/center]Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib. Bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib. Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib. Fatimə Mühacirani […]

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Paytaxt Ankaranın Elmadağ rayonunda fırtına zamanı ildırımın vurduğu yaşlı kişi həyatını itirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, Balkanlar üzərindən gələn sərin və yağışlı havanın təsiri ilə İstanbul və Ankara başda olmaqla, Türkiyənin bir çox bölgəsində güclü leysan yağışları və fırtına müşahidə olunur. Meteorologiya Baş İdarəsi 35 vilayət üçün xəbərdarlıq […]

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 26-da 41 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 […]

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi […]