Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik

Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş raket görmək istəmədiyini bildirib. O bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deyib. Baxçalının sözlərinə görə, Türkiyə qonşuluq hüququnu qorumaq istəyir: “Lakin Türkiyə elə bir ölkə deyil ki, […]

SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək

ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. Məlumata görə, ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ərəb və ya Avropa ölkələrinin gəmiləri Hörmüz boğazından keçmə hüququna malik olacaq. Qeyd edək ki, ABŞ, İsrail və İran arasında […]

Azərbaycan neftinin qiyməti 103 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,41 ABŞ dolları və ya 8,89 % artaraq 103,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 102,84 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 […]

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir.Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər. Yel çərşənbəsi günü də şər qarışanda […]

Marko Rubio: ABŞ dünyanın ən aparıcı girov götürən İran rejiminə qarşı əməliyyatda iştirak edir

“ABŞ dünyanın ən aparıcı girov götürən və terrorizmin sponsoru olan İran rejiminə qarşı əməliyyatda iştirak edir”. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib. Rubio qeyd edib ki, əməliyyatın məqsədi İran rejiminin raket imkanlarını zəiflətmək və bu sahədəki potensialını məhv etməkdir: “İran rejiminə qarşı missiyanın məqsədləri aydındır: İranın raket […]

Azərbaycan Prezidenti İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik ünvanlayıb

Prezident İlham Əliyev İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı […]

Ceyhun Bayramov somalili həmkarı ilə İrandan Azərbaycana edilmiş dron hücumu ilə bağlı müzakirə aparıb

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Yaxın Şərqdə hərbi eskalasiya, eləcə də İran tərəfindən ölkəmizə edilmiş dron hücumu ilə bağlı müzakirə aparılıb. Bu cür addımların Azərbaycanın suverenliyi […]

Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib. Bu barədə Kreml məlumat yayıb. “Əminəm ki, Siz atanızın (Əli Xamenei – red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz”, – Putin qeyd edib. O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı […]

Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub. Bildirilib ki, tərəflər həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında […]