Yeni Azərbaycan Partiyasının yeni vəzifələri – Millət vəkili yazır

Birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında çox önəmli hadisə kimi yadda qalacaq. Bunu şərtləndirən bir çox məqamlar var ki, onlar barədə  də partiya lideri İlham Əliyev tədbirə toplaşanlara kifayət qədər məlumat verdi, qarşıda duran vəzifələr barədə danışdı.İlk növbədə xatırlatdı ki, YAP-ın sonuncu qurultayı […]

Ombudsman işarələnməmiş minalı ərazilərlə bağlı bəyanat YAYDI

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat yayıb. Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlıq ifadə edilib. Qeyd olunub ki, azad olunmuş […]

İlham Əliyev Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də – Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi. […]

Nazirlər Kabineti 31 rayonla bağlı QƏRAR VERDİ

2010-2020-ci illər ərzində örüş-otlaqlardan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Doğrusöztv.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, icarəyə verilən 236,9 min hektar torpaq sahəsinin 148,8 min hektarında (63 faiz) əkin […]

Rusiya və Ermənistan müdafiə nazirləri vəziyyəti müzakirə etdilər

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər. Müdafiə nazirləri eyni […]

ATƏT sədri Ann Linde Azərbaycana səfər edəcək

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir. Doğrusöztv.az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə xanım Linde özünün “Twitter” səhifəsində yazıb. A.Linde ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə Azərbaycan və Ermənistana gözlənilən səfəri […]

Azərbaycanda kommunal xidmət sahələrinin fəaliytyəti barədə rəy sorğusu keçirilib

Media Təhlil Mərkəzi kommunal xidmət sahələrinin fəaliyyəti barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib. Doğrusöztv.Az-ın məlumatına görə, sorğunun nəticələrinə əsasən, respondentlərin 42,4 faizi “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən razı qalıb. Rəyi soruşulanların 28 faizi elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yarandığını, 19,2 faizi elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu, 10,4%-i isə […]

Azərbaycan Prezidenti: Türkiyənin mətbuatı, bütün ictimai qurumları müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdi

Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları […]

Prezident İlham Əliyev: Müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır

Bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Sizin […]