Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək. Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı […]

Sabah Bakıda 35 dərəcə isti olacaq

Avqustun 19-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı […]

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar. Bu barədə Rusiya FTX məlumat yayıb. Məlumata görə, partlayıcı qurğu “Chevrolet Volt” markalı avtomobildə gizlədilib, avtomobil Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib. Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir. Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün […]

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın […]

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub. Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. […]

Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb

Futbol üzrə Azərbaycan çempionatları tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Bu, Misli Premyer Liqasının I turunda reallaşıb. Tur iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında” ilk çempionat matçına çıxıb. Portuqaliyalının […]

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.  Yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür. İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq Bakı polisi tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.

Bakının bir sıra yollarında sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; […]

Zelenski: Rusiya ordusu daha əlverişli siyasi şərait üçün təzyiqi gücləndirməyə cəhd edə bilər

Rusiya Silahlı Qüvvələri qlobal subyektlərlə danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədilə yaxın günlərdə Ukraynanın mövqelərinə təzyiq və zərbələri gücləndirməyə cəhd edə bilər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətə dair məruzəsindən sonra sosial şəbəkələrdə məlumat verib. Zelenskinin sözlərinə görə, o, Ukrayna […]