Zelenski: Rusiya ordusu daha əlverişli siyasi şərait üçün təzyiqi gücləndirməyə cəhd edə bilər

Oxunma vaxtı:31 Saniyə

Rusiya Silahlı Qüvvələri qlobal subyektlərlə danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədilə yaxın günlərdə Ukraynanın mövqelərinə təzyiq və zərbələri gücləndirməyə cəhd edə bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətə dair məruzəsindən sonra sosial şəbəkələrdə məlumat verib.

Zelenskinin sözlərinə görə, o, Ukrayna ətrafındakı siyasi-diplomatik vəziyyətə və Sırskinin məruzəsinə əsaslanaraq belə nəticəyə gəlib.

“Rusiya qoşunlarının hərəkət etməsini və hazırlıq görməsini qeydə alırıq. Əlbəttə, qarşı duracağıq – lazım gələrsə, asimmetrik formada. Bütün cəbhə xətti boyunca mövqelərimizi qoruyuruq və artıq ikinci gündür ki, Donetsk vilayətində Dobropolye və Pokrovsk kimi son dərəcə çətin istiqamətlərdə uğurlar əldə edirik”, – o qeyd edib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Zelenski: Rusiya ordusu daha əlverişli siyasi şərait üçün təzyiqi gücləndirməyə cəhd edə bilər

Comments are closed.

Next Post

"Könüllülər Koalisiyası" ölkələri onlayn görüş keçirəcək

“Könüllülər Koalisiyası” ölkələri liderləri bazar günü video formatda görüş keçirəcək. Bu barədə Fransa prezidentinin ofisi məlumat yayıb. Görüş Britaniya, Fransa və Almaniya liderlərinin həmsədrliyində keçiriləcək. Konfransda Ukraynada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.