İyunun 6-da gecə saat 01:00-dan etibarən “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq. BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın […]
Xalq artistinə ağır itki – FOTO
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadəyə ağır itki üz verib. Dogrusoztv.az xəbər verir ki, Bəxtiyar Xanızadənin həyat yoldaşı Afət Xanızadə uzun sürən ağır xəstəlikdən vəfat edib.
Hərbçilərin olduğu qayıq batdı – YENİLƏNİB
Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətindən veirlən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb: “Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ salamat qurtularaq […]
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU
İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.Ordumuzun bölmələri tərəfindən dərhal […]
İcra başçılarının müavinləri bu komissiyanın üzvləri olacaq
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasın tərkibi yeni qaydada müəyyənləşəcək. Bununla bağlı Nazirlər Kabineti “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi […]
Putin Rusiya KİV-ə müharibə haqqında yazmağı qadağan edib
Rusiya administrasiyası dövlət və hökumətyönlü KİV-lərin redaksiyalarında “100 günlük xüsusi hərbi əməliyyat mövzusunu təkrarlamamağı” və müharibənin müddətinə “diqqəti cəmləməməyi” qadağan edib. Bu barədə “Meduza” İnformasiya portalı məlumat yayıb. “Müharibə ilə bağlı tarixlərə diqqət yetirmək rusları işğalın məqsədləri və uğurları haqqında düşünməyə vadar edə bilər”, – deyə KİV-də qeyd olunub. Bundan […]
Bu günün hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, […]
Türkiyə ordusu 5 terrorçunu məhv ETDİ
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib. Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.
Qabiliyyət imtahanı bu tarixdə keçiriləcək
Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və […]
Qətər Əmiri İlham Əliyevi təbrik etdi
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və […]