Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan […]

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Kaleb Orra “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib. ABŞ Prezidenti Donald Trampın […]

Bir neçə dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib

Tarif Şurasının iclasında 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib. Qərar sabahdan qüvvəyə minəcək.

Prezident Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilsin”.

Pərviz Şahbazov: “Azərbaycan enerji resurslarını təhlükəsiz tədarük edən azsaylı ölkələrdəndir”

Hazırda enerji sahəsində əsas amil resursların təhlükəsiz tədarüküdür və Azərbaycan bunu həyata keçirən azsaylı ölkələrdən biridir. Bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib. Onun sözlərinə görə, Hörmüz böhranı, qlobal və neft və mayeləşdirilmiş təbii qazın (LNG) beşdə birinin təchizatının pozulması enerji tədarkünün əhəmiyyətini artırıb: “Bu qeyri-müəyyənlik Azərbaycanın […]

Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib. “Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, balanslaşdırılmış xarici […]

Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror iyunun 5-də, saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili rayon prokurorları […]

SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi səhər saatlarında ABŞ ordusunun Hörmüzqan əyalətinin Sərik adasında telekommunikasiya qülləsinə hücum etdiyini açıqlayıb.APA-nın Tehran bürosunun xəbərinə görə, məlumata əsasən, bundan sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri hücumun edildiyi hava bazasını hədəf alıb və müəyyən edilən hədəflər vurulub. SEPAH hücum təkrarlanacağı təqdirdə, cavabın tamamilə […]

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə olunub

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər […]