Amnistiya ilə bağlı qərar layihəsi dekabrın 19-da Milli Məclisdə müzakirəyə çıxarılacaq

Milli Məclisdə amnistiya ilə bağlı qərar layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin 19 dekabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Türkiyə Qara dənizdə mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlara münasibət bildirib. APA-nın xəbərinə görə, 16-cı səfirlər konfransında çıxış edən Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb. “Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki […]

Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar

Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib. “Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirik”, – Türkiyə Prezidenti qeyd edib. Türkiyə Prezidenti onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar.

Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib. Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, […]

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib

Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi məlun olub. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb. Layihəyə əsasən, aşağıdakı məhkumların cəzası […]

Rusiya XİN: İş adamlarımız Ermənistandakı layihələrin perspektivlərini ehtiyatla qiymətləndirirlər

Rusiyadan olan iş adamları Samvel Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə başlayıblar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə deyib. “Bildiririk ki, belə bir vəziyyətdə digər iş adamlarımız Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə, ölkənin investisiya iqliminin dayanıqlığı barədə suallar […]

Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması ilə bağlı dəyişikliklər ilk oxunuşda qəbul edilib

Milli Məclis maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın […]

Parlament Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib

Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Deputatlar İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü dəstəkləyib

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək. Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında deyib. “Bu, minlərlə ailəyə sevinc gətirəcək addımdır. Dövlət başçısının təşəbbüsünü dəstəkləyirəm”, – o qeyd edib. Milli Məclisin digər üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, Azərbaycan liderinin amnistiya elan […]

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciəti Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov səsləndirib. Müraciətdə deyilir: “Hörmətli Qurultay iştirakçıları! Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram. Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin […]