Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi […]
Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
15 iyul gecəsi dost və qardaş olan Azərbaycan xalqı da Türkiyənin yanında oldu. Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində jurnalistlərə açıqlamasında deyib. “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki çevriliş cəhdinə qarşı olmasına və Prezident Rəcəb Tayyib Ərdoğana […]
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub. Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı […]
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Baş nazir Əli Əsədov Qətər Dövlətinin Azərbaycandakı səfirliyində olub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib. Xatırladaq ki, […]
İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, […]
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyulun 21-də, saat 10:00-da Kəlbəcər rayon prokurorluğunun inzibati binasında Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı rayon prokurorluğu tərəfindən həyata keçiriləcək.
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib. Bu barədə Ombudsman aparatından məlumat verilib. Bildirilib ki, həyata keçirilən növbəti başçəkmə zamanı müəssisənin yaşayış korpuslarına, inzibati, həmçinin yataq və tibb otaqlarına baxış keçirilib, saxlanma şəraiti, qidalanma, habelə tibbi yardımın […]
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,22 ABŞ dolları və ya 6,42 % artaraq 86,51 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaqdaşıyan avtomobildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Qoşqusunda 31 ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə […]
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb. Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. […]