Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan Azərbaycana əsassız ittihamlar irəli sürülürdü: “İranın dövlət qurumlarının nəzarətində olan media resursları […]
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki […]
Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir
Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir. Bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy X sosial şəbəkəsində hesabında bildirib. “Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir”, – o yazıb. XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, […]
Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alıb. Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir.
İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respblikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər […]
İran Naxçıvan aeroportuna dron hücumu edib
İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib. İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb. Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq özünün əsl mahiyyətini göstərib. Qeyd edək ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bunu ən yüksək səviyyədə açıq bəyan […]
“TikTok”da canlı yayımda qəlyan çəkdi – 750 manat cərimələndi
“TikTok”da qeyri-etik hərəkətlər edən və canlı yayım zamanı qəlyan çəkən şəxs inzibati məsuliyyətə cəlb olunub. “Yeraz” adlı profillə sosial şəbəkədə canlı yayım açaraq mənəviyyata zidd hərəkətlər edən şəxsin Oğuz rayonunun kəndlərindən birində yaşayan 27 yaşlı S.Sadıqov (şərti) olması müəyyənləşib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxs saxlanılıb və barəsində inzibati protokol […]
Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə […]
“HRANA”: İranda ölənlərin sayı 1110 nəfəri ötüb
ABŞ və İsrailin birgə əməliyyatının başlanmasından bəri İranda ən azı 1114 nəfər həlak olub. Bu barədə İranın “HRANA” hüquq müdafiə təşkilatı məlumat yayıb. Məlumata görə, ölənlərdən 183-ü yetkinlik yaşına çatmamış şəxslərdir. Hazırda təşkilat 900-dən çox ölüm faktını araşdırır.
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 % azalaraq 82,29 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 81,16 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]