“TikTok”da canlı yayımda qəlyan çəkdi – 750 manat cərimələndi

Oxunma vaxtı:36 Saniyə

“TikTok”da qeyri-etik hərəkətlər edən və canlı yayım zamanı qəlyan çəkən şəxs inzibati məsuliyyətə cəlb olunub.

“Yeraz” adlı profillə sosial şəbəkədə canlı yayım açaraq mənəviyyata zidd hərəkətlər edən şəxsin Oğuz rayonunun kəndlərindən birində yaşayan 27 yaşlı S.Sadıqov (şərti) olması müəyyənləşib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib. Bildirilib ki, canlı yayımı 16 nəfər izləyib.

Qeyd olunub ki, vətəndaş sosial şəbəkədə canlı yayım zamanı izləyici kütləsi qarşısında tütün məmulatından (qəlyan) istifadə edərək ictimai mənəviyyata zidd davranaraq cəmiyyətə açıqca hörmətsizlik etmək, eyni zamanda canlı yayım zamanı əxlaqsız ifadələr səsləndirmək yolu ilə xırda xuliqanlıq edib. Həmçinin o, söyüş söyərək hərəkətlərinə davam edib.

Oğuz Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqov 750 manat cərimə edilib. (Qafqazinfo)

Loading

Next Post

İran Naxçıvan aeroportuna dron hücumu edib

İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib. İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb. Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq özünün əsl mahiyyətini göstərib. Qeyd edək ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bunu ən yüksək səviyyədə açıq bəyan […]