Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq – PROQNOZ

Oxunma vaxtı:36 Saniyə

Sabah, mayın 17-si Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.

Loading

Next Post

WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı daşımalara 150 ədəd “Bakı Taksi” xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, sürücülərə xüsusi […]