İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

Oxunma vaxtı:29 Saniyə

Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan Azərbaycana əsassız ittihamlar irəli sürülürdü:

“İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü”.

Loading

Next Post

İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH

İran martın 5-də Azərbaycan Respublikasına dronlarla hücum edib. İslam Respublikasından qalxan pilotsuz uçuş aparatları (PUA) Naxçıvan Hava Limanının binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisələr nəticəsində dörd mülki şəxs xəsarət alıb. Baş verənlər Azərbaycanda ciddi narazılığa səbəb olub, rəsmi Bakı Tehrana sərt etirazını bildirilib. […]