İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda “Hizbullah” qruplaşmasına məxsus 80-dən çox hədəfi vurub. Qruplaşmanın Nəbatiyyə, eləcə də Livanın cənubundakı digər rayonlarda yerləşən qərargahlarına, buraxılış qurğularına və digər infrastruktur obyektlərinə zərbələr endirilib. Bundan başqa, İsrail ordusu Bekaa vadisində “Hizbullah”ın iki qərargahına hücum edib. “Zərbələr nəticəsində “Hizbullah”ın bu qərargahlarda fəaliyyət göstərən onlarla […]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib.Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində yerləşəcək səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Sabah 39 dərəcə isti olacaq
Azərbaycanda iyunun 20-də havanın 39 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 […]
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Oksford və Kopenhagen universitetlərinin alimləri tərəfindən aparılan araşdırma tarixin ən təhlükəli yoluxucu xəstəliklərindən biri olan taun xəstəliyinin (Yersinia pestis) gözlənildiyindən çox daha qədim dövrlərdə də kütləvi ölümlərə səbəb olduğunu üzə çıxarıb. Araşdırmaya görə, Sibirdə Baykal gölü ətrafında aparılan qazıntılar zamanı Son Neolit dövrünə aid dörd fərqli qəbiristanlıqdan götürülən insan qalıqlarının […]
Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək
Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal […]
Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var
Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb. “Unian“ xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib. Onun sözlərinə görə, dünən axşam Rusiya PUA-ları Panama Və Sent-Kits və Nevis bayraqları altında limanlardan çıxan iki xarici mülki […]
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,54 ABŞ dolları və ya 3,07 % azalaraq 80,06 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,5 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Həftəsonu 365 nəfər imtahan verəcək
Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən […]
Trampın ad gününə hücumu planlaşdıran “Çoban” saxlanılıb
ABŞ-də 20 ildən çox yaşamış sənədsiz meksikalı miqrant, Prezident Donald Trampın ad günündə planlaşdırılan Ağ Evə qarşı hücumun əsas təşkilatçısı olub. Bu barədə ABŞ Daxili İşlər Nazirliyinin məlumatında deyilib. Qeyd olunub ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Abraham Hermosillo Alvaresi 14 iyunda Nebraska ştatının Omaha şəhərində həbs ediblər. Müstəntiqlərin sözlərinə […]
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib – YENİLƏNİB
İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra “Qurani-Kərim”dən ayə oxunub. Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub. Dövlətimizin başçısı tədbirdə çıxış […]