Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu haqda “Azərişıq” məlumat yayıb. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. […]

Sabah Xaçmaz və Qubada işıq olmayacaq

Sabah Xaçmaz və Quba rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən […]

Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib

Nazirlər Kabineti “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim […]

Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb

İranın paytaxtı Tehranda Suriyanın səfirliyi fəaliyyətini dayandırıb. Bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, diplomatik missiyanın fəaliyyətini dayandırmasına səbəb Suriyadakı hadisələr göstərilir. Məlumata görə, səfirliyin binası qarşısında lövhə hələ də asılı qalır. Ancaq binanın üzərində heç bir bayraq asılmayıb. Səfirliyin ərazisi asayiş keşikçiləri tərəfndən qorunur. Qeyd edək ki, Suriyanın […]

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. “Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur. O cümlədən, son […]

KİV: Suriyanın keçid hökumətinə Riyad Hicab rəhbərlik edəcək

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq. Bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub. R.Hicab 2012-ci il avqustun […]

Prezidentdən siyasi partiyalarla bağlı – Fərman

Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycanın 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanununun tətbiq […]

Hakan Fidan: Türkiyə Suriyaya mövcud vəziyyətdə də dəstək verəcək

Hər kəs suriyalıları tərk etdiyi vaxt Türkiyə onların yanında oldu. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib. Hakan Fidan çətin günlərində Suriya vətəndaşlarına qucaq açan Türkiyənin mövcud durumda da onlara dəstək verəcəyini bildirib. “Suriyada artıq yeni dönəm başlayıb, bundan sonra yalnız gələcəyə […]

Məcnun Məmmədov vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 13 dekabr saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak […]

Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir. “Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun “20 Yanvar” stansiyası müəyyən […]