Samir Rauf oğlu Şərifov maliyyə naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Samir Şərifov Baş nazirin müavini təyin edilib. Qeyd edək ki, 64 yaşlı S.Şərifov 2006-cı ildən bəri maliyyə naziri vəzifəsini icra edirdi.
Bakı metrosuna 20 vaqon VERİLƏCƏK
“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. Nazir müavini […]
Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat […]
Bakıda yeni avtobus zolaqları ÇƏKİLƏCƏK
Yeni marşrut şəbəkəsinə uyğun olaraq 37 küçə və prospektdə 112 kilometr avtobus zolağı çəkilib. Bu barədə “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında məlumat verilib. Bildirilib ki, avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub. Xüsusi zolaqların tətbiqi nəticəsində gediş vaxtı bəzi küçələrdə […]
Los-Ancelesdə baş verən yanğınlarda 10 nəfər həlak olub
Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub. Bu barədə məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib. “Həlak olanların kimliyinin müəyyənləşdirilməsi prosesi bir neçə həftə çəkə bilər, çünki məhkəmə-tibbi ekspertiza departamenti yanğın şəraiti və təhlükəsizlik səbəbləri ilə əlaqədar müəyyən ərazilərə girişi əldə edə bilmir”, – qurumun məlumatında vurğulanıb. Los-Anceles dairəsinin […]
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən xəbər verir.
KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmasını yenidən nəzərdən keçirir. Bu barədə “Financial Times” (FT) gələcək prezident administrasiyası ilə bu məsələni müzakirə edən Avropa rəsmilərinə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, Trampın seçkiqabağı münaqişənin tez həll olunması ilə bağlı bəyanatlarına baxmayaraq, hazırda onun komandası […]
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz […]
Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi – “Make America Great Again” hədəfi – TƏHLİL
ABŞ-nin seçilən Prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı çıxışı beynəlxalq səviyyədə birmənalı qarşılanmayıb.Prezident səlahiyyətləri icrasının başlamasına az qalmış o, Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib, eləcə də Danimarkadan Qrenlandiya adasını satmağı istəyib. O, Panama hakimiyyəti ilə eyniadlı kanalın taleyinin artıq müzakirə olunduğunu da bildirib. Trampın […]
Qurban Qurbanov Juninyonun gedişindən danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacağı gözlənilən forvard Olavio Juninyo ilə bağlı danışıb. 52 yaşlı mütəəssis braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib: “Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl “Sevilya” […]