Turizm Agentliyində QALMAQAL – Aparat rəhbəri İŞDƏN ÇIXARILDI

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Modern.az-ın əldə etdiyi məlumata görə, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib. […]

Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış […]

Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub – YENİLƏNİB

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb […]

D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir. Bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov […]

Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi – Fotolar

Martın 4-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edib. Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və […]

32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş

Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub. Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da […]

Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, 50 yaşlı F.Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.

Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev martın 4-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə […]

Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Bu gün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir.  “Report”un Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub. Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, […]

Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb

“Navye Stoks bərabərliyi” tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər. Bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib. Onun sözlərinə görə, uun uzun illərdir həlli tapılmayan “Navye Stoks bərabərliyi” tənliyinin həlli haqqında məqaləsi “Springer” beynəlxalq elmi jurnalında çap edilib: “Təxminən 40 […]