İlham Əliyev onları təltif etdi – Sərəncam

Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. “Tərəqqi” medalı ilə Həsənov Ərəstun Həsənağa oğlu Qənbərov Mirsalam Böyükağa oğlu Sefiyev Amil Mirdaməd oğlu Şiralıyev Mayıs Ağahüseyin oğlu Tarverdiyev Qafar Hüseyn oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə […]

Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, T. Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Səbail rayonunun icra başçısı olub. O, 2005-ci […]

Naxçıvanda kütləvi qida zəhərlənməsi olub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. “Report”un yerli bürosu xəbər verir ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.  Yoxlama […]

“Uşaqların yollarda nəzarətsiz hərəkəti…” – DYP-dən müraciət

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.Müraciətdə deyilir: “Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları […]

Azərbaycan-İran birgə təlimi başa çatdı – VİDEO

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı […]

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb. Bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, kvotadan əlavə 30-dan çox şəxs müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib:  […]

Qurban bayramının namaz vaxtı AÇIQLANDI

Qurban bayramının namaz vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zülhiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcək. “Şəriətə uyğun olaraq Qurban kəsimi […]

Azərbaycanda internet xidmətlərinin inkişafı: – Son 5 ilin statistik təhlili

Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm irəliləyişlərə imza atılıb. Xüsusilə 2020–2024-cü illər ərzində internet infrastrukturunun genişləndirilməsi, fiber-optik xətlərin çəkilməsi, sürətin və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun şəkildə həyata keçirilib. Pandemiya dövründə sürətlənmiş rəqəmsallaşma prosesi həm dövlət qurumlarını, həm də özəl sektoru texnoloji […]

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat BAŞLAYIR

Bu gündən 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.  Müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan […]

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,1 ABŞ dolları, yaxud 0,15 % artaraq 67,27 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,37 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı […]