Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanından Qazaxıstana uçub

ABŞ-ın “Andrews” hərbi hava bazasından havaya qalxan naməlum təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub. Bu barədə “Ura” “Flightradar24” xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, naməlum təyyarə Rusiyadan əvvəl Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçuş həyata keçirib. Bildirilir ki, Moskva vaxtı ilə saat 09:10-da təyyarə Qazaxıstan hava məkanına […]

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir. 600-dək məhkəmə hakimi, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin qatıldığı tədbirin məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti Azərbaycanda gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır. Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.

Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb

Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Onlar qoruqdakı mədəni sərvət hesab […]

Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək

Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. “Zirə” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Qəsəbə təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik “Turan Tovuz” isə dördüncü pillədə qərarlaşıb. Günün son matçı Sumqayıtda baş tutacaq. “Qəbələ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Sumqayıt” […]

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.  Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində […]

ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib.O bunu Sülh Şurasının ilk iclasında bəyan edib. “İki ölkə arasında 32 il münaqişə var idi. Buna 24 saat içində son qoyduq”, – o deyib. D.Tramp İlham Əliyev və Nikol Paşinyana müraciət […]

Məhkəmə Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə qərar qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin sabiq rəisi Ramin Şükürovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin şükürov barəsində olan hökmün tamamilə ləğv edilməsini, barəsində bəraət qərarın verilməsini […]