Kəlbəcərdə mina partlayışı olub

Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr əvvəllər də baş verib.

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, […]

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının […]

Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir

Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib. Körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır. Digər körpü […]

Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son qəbul edilib

Milli Məclis Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilməsini son oxunuşda qəbul edib. Bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub. Sənədə əsasən, qumar oyunları: – virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə […]

IV Şuşa Qlobal Media Forumu keçiriləcək

Bu il iyulun 13-14-də IV Şuşa Qlobal Media Forumu keçiriləcək. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Bildirilib ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda […]

BİZİM TƏQVİM: 10 iyulda baş vermiş tarixi hadisələr

10 iyul 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər.Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə əks-hücumu başlanıb. İyulun 14-də Kərrar dəmiryolu stansiyası azad edilib.  Bəs, iyulun 10-da daha hansı hadisələr baş verib? 1. 1913-cü ilin […]

Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq

Bu gün Bakının Zirə qəsəbəsi, Yasamal rayonu və Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Qeyd olunub ki, bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid […]

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix məlum olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, builki poeziya günləri nazirlik və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyulda keçiriləcək. “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif […]

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib. Bu barədə AFFA-dan məlumat verilib. Milli assosiasiya tərəfindən təşkil edilən görüşdə akademiyalarda məşq edən uşaq və yeniyetmələrin idman fəaliyyəti ilə yanaşı, məktəb təhsilində davamlı iştirakı, akademik göstəricilərinin dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələr zamanı uşaqların məktəb davamiyyətinin […]