Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Oxunma vaxtı:36 Saniyə

Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.

Loading

Next Post

Kəlbəcərdə mina partlayışı olub

Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr əvvəllər də baş verib.