Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib. Dövlət başçısı deyib ki, belə olan halda hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir.
İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini deyib. Dövlət başçısı bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən bildirib. İlham Əliyev türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik edib: “Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini […]
Vaşinqtonla Tehranın “Yol xəritəsi” – memorandumdan sülh sazişinə doğru – ŞƏRH
ABŞ və İran nümayəndə heyətlərinin görüşünün birinci raundu başa çatıb. Danışıqların həftənin sonunadək İsveçrədə Qətərə məxsus Bürgenştok dağ kurortunda davam edəcəyi gözlənilir. Vaşinqton və Tehran arasında danışıqlara Pakistanla Qətər vasitəçilik edir. ABŞ və İran arasında əhatəli sazişin hazırlanması üçün Yüksək Səviyyəli Komitə yaradılıb. Bu qurum İranın nüvə proqramı, sanksiyaların ləğvi […]
İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib. Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının […]
İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Bürgenştok şəhərində həftənin sonunadək davam edəcək texniki ABŞ-İran danışıqları çərçivəsində tərəflərlə qarşılıqlı fəaliyyəti davam etdirəcək. Bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. Nazir bir daha vurğulayıb ki, Pakistan həm Yaxın Şərqdə, həm də onun xaricində davamlı sülh […]
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Birgə Bəyanatı imzalayıblar.
BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
Tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt […]
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 22-də “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 […]
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.