Audiovizual Şura “Tarixin bir günü”, “Elgizlə izlə” s. proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlı vətəndaş şikayətlərinə münasibət bildirib. Şuranın məlumatına görə, son günlər rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu […]
Rusiya MN-in generalı Azərbaycana gəlib, hərbi əməkdaşlıq müzakirə olunub
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi – Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq […]
Havanın temperaturu 8 dərəcə enəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB
Azərbaycanın bəzi bölgələrində fevralın 26-da külək güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san […]
Xocalı soyqırımının 34-cü ildönümü: Cəzalandırma prosesi və sülh təşəbbüsləri – ŞƏRH
Xocalı soyqırımından 34 il keçir. Bu, həm də Azərbaycan torpaqlarında Ermənistanın, ermənilərin və havadarlarının törətdikləri qətliamların ümumiləşdirilmiş faciəvi rəmzidir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və yaşlı olmaqla, 613 Xocalı […]
İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Fuat Oktay: Xocalı kimi qətliamları heç vaxt unutmamalıyıq
Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu kimi qətliamları heç vaxt unutmaq olmaz. Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada “türklər qətliam törədib” deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar […]
Şagirdlərin elektron yerdəyişməsi başlayıb
2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir. Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını […]
Anar Əliyevin Qobustanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin fevralın 27-də Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə nazirlik məlumat yayıb. Qəbula yazılmış vətəndaşlara qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Səbinə Əliyeva: İşğaldan azad olunan ərazilərdə insan ləyaqətinə uyğun həyat şəraiti bərpa edilir
Azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və inkişaf prosesi start götürüb. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. “Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə geniş əhatəli yenidənqurma və inkişaf prosesinə başlayıb. Bu proses yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda sosial həyatın və insan yaşayışının yenidən canlandırılmasını özündə […]
Qazaxıstanda “Su-30SM” qırıcısı qəzaya uğrayıb
Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı “Su-30SM” qırıcısı qəzaya uğrayıb. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib. Qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb. Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.