Rusiya MN-in generalı Azərbaycana gəlib, hərbi əməkdaşlıq müzakirə olunub

Oxunma vaxtı:30 Saniyə

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi – Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.
Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura “Tarixin bir günü”, “Elgizlə izlə” s. proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlı vətəndaş şikayətlərinə münasibət bildirib. Şuranın məlumatına görə, son günlər rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu […]