Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu gün Qırğız Respublikasına işgüzar səfərə gedib. “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub
Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarova ölkənin Müstəqillik Günü münasibətilə təbrikində deyilir. “Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata […]
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib.Məktubda deyilir: “Hörmətli cənab Prezident, Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı […]
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, […]
Yasamal sakinlərinin nəzərinə!
Paytaxtın Yasamal rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə […]
SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub
ABŞ-yə aid MQ9 pilotsuz uçuş aparatı (PUA) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri tərəfindən Hörmüz boğazının üzərində hədəf alınıb. PUA vurulub və Fars körfrəzinə düşüb. Xatırladaq ki, ABŞ ordusu İranın Larak adasını atəşə tutub, ölən və yaralananlar olub.
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin təqvimi açıqlanıb. Azərbaycan çempionu “Sabah”ın da oyunlarının vaxtı məlum olub. Masazır təmsilçisi ilk matçını İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək: “Sabah”ın oyunlarının təqvimi 10 sentyabr“Mançester Yunayted” – “Sabah” 13 oktyabr“Sabah” – “Slaviya” 20 oktyabr“Sabah” – “Borussiya” (Dortmund) 4 noyabr“Vikinq” – “Sabah” 25 noyabr“Sabah” – “Barselona” 8 […]
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb
Rusiya ordusu Kiyevin Podolsk rayonuna dron hücumu həyata keçirib. “Ukraynskaya Pravda” xəbər verir ki, nəticədə bir azyaşlı həyatını itirib. Dron açıq əraziyə çırpılıb və yaxınlıqda yerləşən bir kafeyə maddi ziyan dəyib. Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb. Ukrayna prezidenti Volodimir […]
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, […]
Sabah Bakıya və rayonlara yağış yağacaq
[center][img]https://azadmedia.az/uploads/posts/2026-08/1787994716_377fb741-90-v.png[/img][/center]Azərbaycanda avqustun 30-da havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi […]