Yol polisi bayram günlərində səfərə çıxanlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının […]

Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunu asanlaşdırır

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində iki ölkə arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul edilib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri […]

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 43 yaşlı E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra […]

Əməkdaşlığın inkişafına mane olan “907-ci düzəliş” –  bu qərəzlə vidalaşmağın yetişən zamanı – ŞƏRH

ABŞ-nin Azərbaycana yardımlarını məhdudlaşdıran maneə aradan qalxırMəlumata görə, ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Sənəddə bildirilib ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Sənədə əsasən, Azərbaycan […]

Azərbaycanla Oman bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib

Azərbaycanla Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad edilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb. Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir […]

Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanətləri verməyi təklif edib. Bunu V.Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Ötən gün ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik. Həqiqətən də bu, əbədi deyil, sənədlərdə bu, təhlükəsizlik zəmanətlərinin uzadılması ehtimalı ilə 15 il müddətinədir”, – Ukrayna […]

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət […]