Şəhid ailəsi üzvləri üçün Müəllimlərin İşə Qəbul imtahanı üzrə vakansiya seçiminin nəticələri açıqlanıb. Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, 26-27 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 32 namizəd müsahibə mərhələsində iştirak […]
İstanbulda meşə yanğınları səbəbindən pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib
Türkiyənin İstanbul şəhərində meşə yanğınları səbəbindən fişəng və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib. Bu barədə İstanbul valiliyi məlumat yayıb. Bildirilib ki, qadağa üç ay müddətinə qüvvədə olacaq. “Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində meşəlik ərazilərə girişlər iyunun 23-dən oktyabrın 15-dək qadağan edilmişdi. Bu tədbirə əlavə […]
DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, müraciətdə deyilir: “Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir. Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan […]
Sumqayıtda emalatxanada yanğın baş verib – YENİLƏNİB
Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** Sumqayıtda […]
Ceyhun Bayramov çex həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı, Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. Azərbaycan ilə Çexiya arasında […]
Sahibə Qafarova: Dünyadakı münaqişə, müharibə və humanitar böhranlar fonunda qadınlar xüsusilə həssas vəziyyətdədirlər
Hazırda dünya bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınlar xüsusilə həssas vəziyyətdədirlər. Bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edərkən deyib. O bildirib ki, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə […]
Bakıda məktəbdə nöqsan aşkarlanıb, direktora töhmət verilib
Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bidirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar […]
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş […]
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb – MƏHKƏMƏ
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar – Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti […]
Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib
Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün […]