Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib

Oxunma vaxtı:31 Saniyə

Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kazan Anıl ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Loading

Next Post

DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar – Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti […]