ABŞ danışıqların davamı üçün İranın qəbul etməyəcəyi aşağılayıcı təkliflər irəli sürür. Bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda partiya sədrləri və siyasətçilərlə görüşdə deyib. Onun sözlərinə görə, ABŞ əvvəlki danışıqlar prosesini İrana hücum etməklə pozub. “İran yeni savaşa meylli deyil və atom bombası, heç bir nüvə silahı hazırlamağı planlaşdırmır. Bununla bağlı […]
PA rəsmisi: Prezident İlham Əliyevin çıxışları informasiya müharibəsində həlledici rol oynayıb
Bu gün informasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və bu reallıq Qarabağ müharibəsi zamanı açıq şəkildə özünü göstərib. APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Türkiyə […]
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib. Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir. “Biz sadəcə işlərin dialoq, […]
Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində “Albalılıq” avtoparkı MMC-nin nizamnaməsi və adı dəyişdirilib. Şirkətin adı “Nəqliyyat Təlim Mərkəzi” olub. Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır. Lakin Nəqliyyat Təlim Mərkəzi Bakı şəhəri, […]
Kamran Əliyevin rəhbərlik etdiyi heyət Dohada BMT tədbirində iştirak edir
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir. Baş Prokurorluqdan verilən xəbərə görə, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) Panel müzakirələrinə qatılıb. Şəbəkənin […]
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə instiututun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər: Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu Eyvazov Təyyar Haşım oğlu Əfəndiyev Akif […]
Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı – Sərəncam
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 72 yaşlı G.Məmmədova 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.
İlham Əliyev onları təltif etdi – Siyahı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Şərəf” ordeni ilə Məmmədova Gülçöhrə Hüseyn qızı. […]
Yol polisi sürücülərə və piyadalara müraciət etdi
Piyadavurma hadisələri yol qəzası olmaqla yanaşı, həm də ailələrin taleyinə dəyən zərbədir. Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geridönüşü olmayan nəticələrə səbəb olur. Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir […]
Təhsilin İnkişafı Fonduna yeni direktor təyin edildi
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. Bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə […]