Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq […]
Masazırda avtomobil yolu əsaslı təmir olunur
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir. Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar […]
Orban: ABŞ-nin Venesueladakı fəaliyyəti enerji bazarlarına müsbət təsir göstərəcək
Venesueladakı son hadisələr dünya enerji bazarlarında daha əlverişli vəziyyətə gətirib çıxarmalıdır. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, Venesuela və Birləşmiş Ştatlar birlikdə dünyanın neft ehtiyatlarının 40-50 %-ni nəzarətdə saxlaya bilərlər ki, bu da qlobal qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Kamran Əliyev Pirallahıda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev yanvarın 9-da saat 10:00-da Pirallahıda prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Kamran Əliyev Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşları qəbul edəcək. Qəbulla bağlı Pirallahı […]
Ərdoğan: İstanbulu yenidən Ukrayna ilə Rusiyanın anlaşacağı mərkəzə çevirməyə hazırıq
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin getdikcə Türkiyə üçün çətinləşən bir vəziyyətə çevrildiyini bildirib. Türkiyə lideri bu barədə “Bloomberg”ə müsahibəsində bildirib. R.T.Ərdoğan Rusiya gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidinin məhdudlaşdırılmasına da toxunub. O, müharibənin mümkün sülh prosesindən də danışıb. “Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz […]
Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək
Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək. Hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir. M.Emreli ötən ilin noyabrında “Herta” ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda […]
Sabah hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 9-12 dərəcə isti olacaq. […]
Venesuelada baş verən hadisələrdən sonra neft ucuzlaşmağa davam edib
Neft qiymətləri yanvarın 5-i aşağı düşüb, investorlar Venesuelada ötən həftəsonu baş verən hadisələrin nəticələrini qiymətləndirirlər. Bunu ticarət məlumatları göstərir. “London ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 60,5 ABŞ dolları təşkil edib. Bu əvvəlki ticarətin bağlanışından 0,25 ABŞ dolları (0,41 %) azdır. Nyu-York Əmtəə Birjasında […]
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. “Report” əldə etdiyi məlumata əsasən, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub. Bu ad il ərzində 1569 uşağa qoyulub. Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1166-na Raul, 1028-nə Əli, 1050-nə Hüseyn, 986-nı Yusif adı verilib. Qız uşaqları […]
Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək
Yanvarın 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (050-5159841) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. […]