İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsfahanın nüvə obyektlərinə hücum edilməsi barədə xəbərləri təkzib edib. APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın İsfahan vilayətinin İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda vilayətdəki nüvə obyektlərinə hücum edilməsi barədə yayılan məlumatları təkzib edib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin əksinə olaraq, İsrail və […]
Daha 117 ailə Ağdam şəhərinə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 117 ailə – 362 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]
Bazar günü yağış yağacaq – PROQNOZ
Azərbaycanda sentybarın 6-da havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz […]
Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda sentyabrın 4-də keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları […]
Çempionlar Liqası: “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək. Bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb. Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcəkç “Sabah”ın ev oyunlarının təqvimi belədir: II tur 13 oktyabr 20:45. “Sabah” – “Slaviya” (Çexiya) III tur 20 oktyabr 20:45. “Sabah” […]
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli – ŞƏRH
Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində fəaliyyət davam edir. Bu, Bakı və İrəvan rəsmilərinin açıqlamalarında da müşahidə olunur.Ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən danışarkən, deyib ki, Bakı və İrəvan arasında sülh prosesinin dərinləşdirilməsi əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, tərəflər həll […]
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, […]
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
“Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb”. Bu, DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib. O bildirib ki, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.
Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
ABŞ dövlət katibi Marko Rubio sentyabrın 8-10-da Ekvador, Kolumbiya və Peruya səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. Dövlət Departamentindən qeyd edilib ki, səfər zamanı Rubio Ekvador Prezidenti Daniel Noboa, Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielya və Keyko Fuximorinin rəhbərlik etdiyi Perunun yeni hökuməti ilə görüşəcək. Bildirilib ki, […]
Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti […]