Sumqayıtda polis qayda pozan avtobus sürücülərinə qarşı reyd keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, son zamanlar sosial şəbəkələrdə Sumqayıt şəhərində bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və sükan arxasında mobil telefondan istifadə etmələri ilə bağlı video görüntülər yayılıb. Bununla əlaqədar Sumqayıt Şəhər Polis […]
Sahibə Qafarova: 2025-ci il Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olub
Ötən il Azərbaycan dövləti üçün çoxsaylı uğurların əldə edilməsi ilə yadda qalıb. Bunu spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. “Vaşiqnton razılaşmaları Azərbaycan dövlətinin növbəti siyası uğur kimi yadda qalıb. Azərbaycan regional və qlobal məsələlərin həllində yaxından iştirak etmiş, bu kimi proseslərin irəli aparılmasına dəyərli töhfələr vermişdir”, […]
Azərbaycanda vəkillərin sayı açıqlandı
Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib. Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb: “Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. […]
İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir
Bu gecə saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Adana hava məkanı üzərində yanaraq düşən bəzi cisimlər görünüb. Bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan “savunmasanayiST.com” səhifəsi məlumat yayıb. “Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən […]
Azərbaycan neftinin qiyməti 105 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Bu gün Mingəçevir şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 8 saylı hava xətti və bu xətdən qidalanan 400 kVA gücündə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar […]
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib – YENİLƏNİB
12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli […]
Paşinyan Vensə qondarma “Artsax”la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib. O, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib. “Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. […]
Müctəba Xamenei İsrail və ABŞ-ı “digər cəbhələr”in açılacağı ilə hədələyib
Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq. Bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib. O qeyd edib ki, ABŞ və İsrailin “daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması” ilə bağlı araşdırmalar aparılıb. “Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin […]
Tramp İrana qarşı birgə əməliyyatın məqsədini açıqlayıb
İsraillə birgə İrana qarşı əməliyyatın məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “Birləşmiş Ştatlar, şübhəsiz ki, dünyanın ən böyük neft istehsalçısıdır, ona görə də neft qiymətləri artanda biz daha çox pul qazanırıq. Lakin prezident kimi mənim üçün daha böyük maraq və […]