Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verilib. Qeyd edilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Müvafiq […]

Bərdənin bir sıra yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Məlumata görə, Bərdə xidmət sahəsinin ərazisində yerləşən “Bərdə” Qaz Tənzimləyici Məntəqəsində (QTM) toztutucu filterin təftiş edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar 29.08.2025-ci […]

İsrail ordusu Hizbullaha məxsus infrastrukturlara zərbələr endirib

İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib. Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat paylaşılıb. “Qısa müddət əvvəl İsrail ordusu Livanın cənubunda müxtəlif nöqtələrdə Hizbullahın terror infrastrukturlarını və raket lançerini hədəfə aldı. Terror infrasturkturunun və lançerlərin mövcudluğu İsrail və Livan arasında olan razılaşmaların pozulmasıdır. İsrail ordusu İsrail dövlətinə yönəldilmiş istənilən […]

DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır: “Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət […]

26 ölkənin lideri Çinə səfər edəcək

İkinci dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Çində keçiriləcək bayram tədbirlərində dünyanın 26 ölkəsinin liderləri iştirak edəcəklər. Bu barədə “Sinxua” Çin xarici işlər nazirinin köməkçisi Hun Leyə istinadən məlumat yayıb. Qeyd olunur ki, Çin sentyabrın 3-də böyük hərbi parad keçirəcək.

Bakıda mənzildə partlayış – Yaralı var – FOTO

Bakıda mənzildə baş verən partlayışda bir nəfər xəsarət alıb. Qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri Nizami rayonu, Əli Vəliyev küçəsində hadisə yerində əməliyyat şəraitini qiymətləndirən zaman beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyini və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri […]

İlham Əliyev “Qarabağ”ı belə TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”

Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Ann Buayonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub. Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın […]

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub. Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və […]