Bakı Hərbi Məhkəməsində noyabrın 6-da Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və […]
Azərbaycanda daha bir yol PULLU olacaq
Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Ziyəddin Həsənov bildirib. Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır: “Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun […]
Prezident onları təltif etdi – Siyahı
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” iləƏfəndiyev Qalib Məmməd oğlu Əliyev Adil Abas Əli oğlu Kərimov Raqub Şahmar oğlu Məmmədbəyli Eldar Hüseynqulu oğlu Məmmədzadə İlham Ramiz oğlu “Şöhrət” […]
Milli Məclisin sədri Braziliyaya səfər edib, COP30-da iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı […]
DSMF-nin pensiya ödənişləri üzrə bank xərcləri 41 milyon manata yaxın olacaq
2026-cı ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 41 milyon manata yaxın olacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Məlumata görə, müvafiq banklarla bağlanmış satınalma-müqavilə şərtlərinə uyğun olaraq pensiya və müavinətlərin benefisiarlara çatdırılması üzrə xidmət haqqı […]
Ərdoğan Demirtaşın azadlığa buraxılması məsələsinə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) HDP-nin həmsədri Səlahəttin Demirtaş barədə qərarına münasibət bildirib. Ərdoğan deyib ki, məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək. Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarı qətiləşib. Xatırladaq ki, 2014-cü ildə Kobani […]
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb. Cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq. Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi […]
Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir […]
Avropa Komissiyası: Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb
Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb. Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib. Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb. “Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması […]
Payız tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. Beşgünlük iş […]