Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Loading

Next Post

Ərdoğan Demirtaşın azadlığa buraxılması məsələsinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) HDP-nin həmsədri Səlahəttin Demirtaş barədə qərarına münasibət bildirib. Ərdoğan deyib ki, məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək. Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarı qətiləşib. Xatırladaq ki, 2014-cü ildə Kobani […]