Payız tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bununla yanaşı, qeyd edirik ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.

Loading

Next Post

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb. Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib. Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb. “Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması […]