Azərbaycanda daha bir yol PULLU olacaq

DogruSozTv Az
Oxunma vaxtı:47 Saniyə


Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Ziyəddin Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

“Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək.”

Z. Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz–Cəbrayıl–Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.

“Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək,” – deyə Həsənov vurğulayıb.

Qeyd edək ki, Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. (Mənbə: Report)

Loading

Next Post

Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib

Bakı Hərbi Məhkəməsində noyabrın 6-da Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və […]