Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Əziz Qardaşım, Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. […]
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63 % artaraq 92,89 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89,64 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR Petroleum” QSC-nin Gəncə şəhərində yerləşən 6 saylı Gəncə Neft Baza Sahəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Bu barədə nazirlik məlumat yayıb. Belə ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb […]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb
Nepalda daşqın nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb, 2 426 nəfər isə itkin düşmüş hesab olunur. Bu məlumatları Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi açıqlayıb. Daha əvvəl 616 nəfərin öldüyü bildirilmişdi. Nepalın maliyyə naziri Svarnim Vaqle isə “Reuters”ə bildirib ki, daşqından sonra bərpa işləri üçün ölkəyə 4-5 milyard dollara qədər vəsait […]
Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir
Misli Premyer Liqasında III tura bu gün start veriləcək. Birinci oyun günündə iki matç keçiriləcək. İlk olaraq “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki iki görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir. Günün ikinci oyununda “İmişli” “Şəfa”nın qonağı olacaq. Bu matç saat […]
Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtı bəzəyəcək və yeni Özbəkistanın gücünü nümayiş etdirəcək. “Report”un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib. Mirziyoyev qeyd edib ki, ölkənin əsas dövlət bayramının Yeni Daşkənddə keçirilməsi onun təntənəsini […]
Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarusun xarici işlər naziri Maksim Rıjenkov görüş zamanı iki ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı fəaliyyətin daha da aktivləşdirilməsini müzakirə ediblər. Bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunan məlumatda bildirilib. “Həmsöhbətlər ali və yüksək səviyyələrdə Belarus-Azərbaycan dialoqunun yüksək dinamikasını, […]
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. Bu barədə DTX-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi […]
Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyət saat 22:00-dan təmr işləri bitənə qədər tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə […]
Kəlbəcərə dolu yağıb
Avqustun 28-i saat 15:30-a olan məlumata əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10-12 mm olan dolu yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dolu həmçinin rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə də düşüb. Belə ki, saat 15:02-15:16 radələrində həmin əraziyə diametri 15-20 mm […]