Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib. Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib. Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün […]
Peskov: Putin-Tramp telefon danışığı ilə bağlı dəqiq razılaşma yoxdur
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı dəqiq razılıq yoxdur, lakin bunu tez bir zamanda təşkil etmək olar. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, telefon danışığı ilə bağlı hələ ki dəqiq razılaşma olmadığını qeyd edib. “Belə razılıq olsa, danışıqlar baş tutacaq. […]
Makron istefa vermək niyyətində deyil
Fransa Prezidenti Emmanuel Makron istefa verməsi ilə bağlı müxalifətin çağırışlarına məhəl qoymayaraq ölkədə sabitliyi təmin etməyə davam edəcək. Prezident bu sözləri Misirdə səfərdə deyib. O, bu gün Misirdə başlayan Yaxın Şərq Sülh Sammitində iştirak edəcək. “Heç vaxt unutmayın ki, Fransa xalqının sizə verdiyi mandat xidmət etmək, sadə fransızların suallarına cavab […]
Bəzi yerlərdə yağış yağacaq – PROQNOZ
Oktyabrın 14-də Azərbaycanda bəzi yerlərdə yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi […]
Ukrayna – Azərbaycan oyununun hakimi daha əvvəl “Qarabağ”ın avrokubok matçını idarə edib
Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək. DÇ-2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl “Qarabağ” klubunun və U-21 millisinin oyununda iş başında olub. Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında […]
Nazirlər Kabineti Naftalan nefti ilə bağlı qərar verib
Nazirlər Kabineti “Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar ölkə Prezidentinin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə […]
Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb
Belarus Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb. Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı – Belarus Respublikası Prezidentinin göstərişi üzrə sınaq məqsədi ilə Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bir sıra bölmələr tərəfindən […]
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer […]
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.
Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub
Polis diqqət çəkməmək üçün narkotikləri evakuatorla daşımağa cəhd göstərən şəxsləri Masallı rayonunda ifşa edib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər – 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla […]