Makron istefa vermək niyyətində deyil

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Fransa Prezidenti Emmanuel Makron istefa verməsi ilə bağlı müxalifətin çağırışlarına məhəl qoymayaraq ölkədə sabitliyi təmin etməyə davam edəcək.

Prezident bu sözləri Misirdə səfərdə deyib.

O, bu gün Misirdə başlayan Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

“Heç vaxt unutmayın ki, Fransa xalqının sizə verdiyi mandat xidmət etmək, sadə fransızların suallarına cavab vermək və Fransanın müstəqilliyi üçün əlinizdən gələni həyata keçirməkdir. Önəmli olan yalnız budur. Qalanı hökumətin işidir. Mən sabitliyi təmin etməyə davam edəcəyəm”, – prezident qeyd edib.

Makronun sözlərinə görə, Baş nazir Sebastyan Lekornyunun istefasında rol oynayan siyasi qüvvələr bu qarışıqlığa görə tam məsuliyyət daşıyır.

Qeyd edək ki, Makronun bu postda ikinci və sonuncu müddəti 2027-ci ildə başa çatacaq.

Loading

Next Post

Peskov: Putin-Tramp telefon danışığı ilə bağlı dəqiq razılaşma yoxdur

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı dəqiq razılıq yoxdur, lakin bunu tez bir zamanda təşkil etmək olar. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, telefon danışığı ilə bağlı hələ ki dəqiq razılaşma olmadığını qeyd edib. “Belə razılıq olsa, danışıqlar baş tutacaq. […]