Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

Polis diqqət çəkməmək üçün narkotikləri evakuatorla daşımağa cəhd göstərən şəxsləri Masallı rayonunda ifşa edib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər – 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər. Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşları hər iki şəxsi saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Loading

Next Post

Sevil Əliyeva "Şərəf" ordeni ilə təltif edilib

Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.