Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb

2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 19 181 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, müharibə əlillərinin 13 972 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Onlar ayda […]

Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti […]

May ayının son gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-27° isti […]

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes Baku Enerji Həftəsində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər. Səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur. Səfər zamanı hökumət nümayəndələri […]

İsmayıllıda güclü külək fəsadlara yol açıb

İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli […]

Azərbaycan neftinin qiyməti 98 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək. Həlledici görüşdə PSJ “Arsenal”la üz-üzə gələcək. Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik “Puşkaş Arena”da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək. PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci […]

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb. Bu barədə ordunun “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib. “HƏMAS-ın döyüş qanadının “Qəzza” briqadasının komandirinin müavini və “Zeytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib”, – məlumatda deyilir. İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada […]

Şənbə günü yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. […]

Azərbaycan neftinin qiyməti təqribən 100 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,73 ABŞ dolları və ya 1,7 % azalaraq 100,57 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 96,8 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]