Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.  Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov […]

Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı. Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram. Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi […]

Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək. Bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında […]

Azərbaycan və Britaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Birləşmiş Krallığın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb. Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, […]

Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək

Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Yarış sentyabrın 4-5-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq. Turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar aşağıdakı çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Ağdərənin bəzi ərazilərində yeni yanğınlar başlayıb

Ağdərə rayonunun bəzi ərazilərində yeni yanğınlar müşahidə edilir. “Report”un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Sırxavənd kəndi ərazisində başlayıb. Kolluq ərazidə başlayan və qısa müddətdə yayılan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdərə və Ağdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Hazırda yanğın davam edir. Qeyd edək […]

Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununu fransalı hakimlər idarə edəcək

Bakıda “Qarabağ” və “Ferentsvaroş” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.Qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən […]

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı […]

Qubada dağlıq ərazidə yanğın başlayıb

Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.