Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib. Sədr çıxışında bildirib ki, bu il APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib. Son iki ildə görülən işlər barədə […]

Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 12.336 şəxs barəsində tətbiq olunub. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, […]

Ceyhun Bayramov: Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndirib

Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndiriblər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə keçirilən brifinqdə bildirib. “İsrailli həmkarım Gideon Saarla görüş zamanı İsrail iş adamları üçün Azərbaycandakı imkanlar və perspektivlər qiymətləndirilib. Xüsusilə, azad iqtisadi zona, Azərbaycanda layihələrin həyata keçirilməsi, həmçinin […]

Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib – YENİLƏNİB

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında geniştərkibli görüş keçirilib. Bu barədə XİN məlumat yayıb. Qeyd edilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin, əməkdaşlıq üçün yeni […]

Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ

Bakıda yanvarın 27-də bəzi yerlərdə çiskinli yağış, rayonlarda isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz […]

İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliyanın general-qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli xanım General-Qubernator, Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı […]

Bakıda hoteldə 30 yaşlı ofisant qətlə yetirilib

Bakıda hoteldə 30 yaşlı kişi öldürülüb. Xətai rayonu “Boulevard Hotel”də ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov saxlanılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlanıb

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Bu, Misli Premyer Liqasının XVII turunda baş tutub. Ötən tur 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub. 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri […]

Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb. Görüşdə Bəhreyn kralı Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb. Sahibə Qafarova Azərbaycan-Bəhreyn […]

Azərbaycanda 17 məscidə imam axtarılır

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edilib ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub. Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın […]