Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz […]
KƏŞ-in baş katibi: İran Bəhreyndə Dəniz Əməliyyatları Mərkəzinin binasına hücum edib
İran Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Birgə Dəniz Əməliyyatları Mərkəzində iştirak edən bir qrup zabitin yerləşdiyi binaya hücum etdi. “Report”un “Sky News Arabia”ya istinadən məlumatına görə, bu barədə təşkilatın baş katibi Casim Əl-Budeyvi bildirib. Onun sözlərinə görə, hücuma məruz qalan binada KƏŞ-in Birgə Dəniz Əməliyyatları Mərkəzinin işində iştirak edən Qətərin […]
Sevdiyiniz yemək xarakterinizdən xəbər verir
Alimlərin apardığı araşdırmaya görə, insanların seçdiyi yeməklər onların xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər. Məlumata görə, qastronomik seçimlər bəzən insanın davranış modelini əks etdirir və hansı dadlara üstünlük verilməsi müəyyən xarakter xüsusiyyətləri ilə əlaqələndirilir. Araşdırmada qeyd olunur ki, acı və ədviyyəli yeməkləri sevənlər adətən riskə meylli, yeniliklərə açıq və […]
SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı “Doğru vəd – 4” əməliyyatının 24-cü mərhələsinin başladığını elan edib. Bu barədə SEPAH-ın Mətbuat xidməti xəbər verib. “Fars” xəbər agentliyinin dərc etdiyi hərbi mətbuat açıqlamasına görə, İsrail ərazisinə üç raket atılıb.
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, […]
Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik – ƏLAVƏ OLUNUB
Prezident İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib. “Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə […]
İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir
İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı […]
Sabah yağış yağacaq, külək güclənəcək
Azərbaycanda martın 7-də havanın arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer […]
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev qanalı həmkarı Con Dramani Mahamaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi […]
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov […]