Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb – ƏLAVƏ OLUNUB

Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Belə ki, müsabiqədə 16 ictimai-siyasi qəzet qalib olub. Bundan başqa, MEDİA onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqədə 34 ictimai-siyasi, 5 idman məzmunlu sayt qalib olub. Çap və […]

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 2-də 35 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa […]

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Luiza Arbura təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli xanım General-Qubernator, Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqların mənafelərinə uyğun olaraq bundan sonra […]

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası […]

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Ukrayna Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir sıra partlayışlardan sonra zavodlardan birinin ərazisində yanğın baş verib. Bu barədə Rusiyanın teleqram kanallarına istinadən “RBK-Ukrayna” məlumat yayıb. Onların məlumatına görə, Penzada raket təhlükəsi elan edilib, bundan sonra şəhərdə hava həyəcanı səsləndirilib. Daha sonra yerli sakinlər bir neçə […]

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bölgədə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Kəmaləddin Heydərovun vətəndaş qəbulunun 3 iyul 2026-cı il tarixində Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulurdu.

“Qarabağ” bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “Köhlən atlar” ikinci matçında Macarıstanın “Ferentsvaroş” kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq. […]

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun […]

Azərbaycan – İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

Bu gün Azərbaycanla İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabında paylaşım olunub. “Bu gün Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərdə bu mühüm mərhələ münasibətilə səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda qeyd olunur.

İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib. Məktubda bildirilib: “Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz […]